Tayvan | |||||
---|---|---|---|---|---|
çin. 中華民國 | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Taypey | ||||
İdarəetmə forması | Yarı prezident respublikası, Demokratiya[2], konstitusiyalı respublika[d] | ||||
• Su sahəsi (%) | 10,3 %[3] | ||||
• Əhali |
|
||||
Valyuta | Yeni Tayvan dolları | ||||
İnternet domeni | .tw | ||||
ISO kodu | TW | ||||
BOK kodu | TPE | ||||
Telefon kodu | +886 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır
Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bununla da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir. 1949-cu ildə baş verən bu yenidənquruluşu dünya tanıyır. 1971-ci ildə Çin Respublikası BMT-dən çıxarılır və oraya Çin Xalq Respublikası daxil edilir. Hal hazırda Çin Respublikası 23 ölkə tərəfindən tanınmaqdadır. Çin ifadəsi Çin Xalq Respublikası adına istifadə edilərkən, Çin Respublikasına isə ümumiyyətlə Tayvan deyilir. Tayvan beynəlxalq quruluşlara Çin Taypeyi (Chinese Taipei) adı ilə üzv olmuşdur. Əhalinin 90%-dən çoxu xan çinlisi olan Tayvan Çin xalq Respublikası ilə sıx ticarət əlaqələri yaradıb, amma kommunist rejiminə qarşı silahlı müqavimət pozisiyasındadır.