Testosteron — androgen qrupundan olan steroid hormonu.
Məməlilərdə testosteron ilkin olaraq, erkəklərdə xayalarda, dişilərdə yumurtalıqlarda, həm kişilərdə, həm də qadınlarda çox az miqdarda böyrəküstü vəzlərindən ifraz olunur. Erkək cinsiyyət hormonudur.
Sağlamlıq, enerji, libido, immun sistemi ilə və osteoparoz ilə yaxından bağlıdır. Yetkin kişinin qanındakı miqdarı yetkin qadındakinin 40-60 qatı qədər ola bilər. Ancaq qadınlar davranış baxımından (anatomik və ya bioloji baxımdan deyil) bu hormona qarşı çox daha həssas olurlar.[1]
Kişilərdə saçların tökülməsinə səbəb ola bilər.
Qadınlarda eritrositlərin sayısının kişilərə nisbətən daha aşağı olmasının səbəblərindən biri də testosteronun miqdarıdır.