Traktor (lat. tractor – "dartıcı") — kənd təsərrüfatında dartıcı kimi tətbiq edilən təkərli nəqliyyat vasitəsidir. Öz kiçik sürəti və yüksək dartma gücü ilə fərqlənir. Əkinçilik işlərinin yerinə yetirilməsində və çətin keçilən yerlərdə geniş tətbiq tapır. Traktorlar arxa hissədə asılmış və ya çarxlar üzərində hərəkət edə bilən kənd təsərrüfatı, tikinti və ya sənaye mexanizmləri ilə təchiz olunurlar. Bu zaman lazım olan aqreqat traktorun arxa hissəsindəki işçi valla və müxtəlif qaldırıcı qollarla birləşdirilir. İş zamanı işçi həmin mexanizmi traktorun içərisindən hidravlik idarəetmə sisteminin köməyi ilə hərəkət etdirir. Traktorlar çətin şəraitdə tərbiq olunduğundan onların təkərlərinin hamısı aparıcıdır. Təkərlərə iri dişli rezin üzlüklərin keçirilməsi ilə çətin yolları qət etmək olur.
Traktorlar müxtəlif sahələrdə tətbiq olunduğundan onların sürətlərinin tənzimlənməsi lazım gəlir. Bundan əlavə traktorlarda geniş tətbiq olunan qabaq yükləmə yeri, bəzi hallarda isə bu üst hissədə yerləşdirilir. Hal-hazırda böyük traktorların kabinasında kondensionerlər yerləşdirilir. Başqa nəqliyyat vasitələrindən fərqli oaraq traktorlar diferensial ötürməyə malik olub ayrı-ayrı təkərlərin əyləncinə imkan verir. Traktorların hərkət sürətinin getdikcə artması (80 km/saat) və təkərlərə düşən təzyiq nəticəsində onların ammortizasiya qabiliyyətinin aşağı olmaıs ücundan əksər traktorların qabaq hissəsində ammortizatorlar yerlıəşdirirlər. Bu çox vaxt qabq oxun yay və ya hidravlik olaraq həyata keçirilir.[1]