Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.