Unitar dövlət (1918—1941) Federativ dövlət (1945—2003) | |||||
Yuqoslaviya | |||||
---|---|---|---|---|---|
serbxorv. kir. / maked. Југославија serbxorv. lat. / sloven. Jugoslavija | |||||
|
|||||
|
|||||
Paytaxt | Belqrad | ||||
Dilləri | Serb-xorvat dili | ||||
Rəsmi dilləri |
|
||||
Valyuta | yuqoslav dinarı | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması |
monarxiya (1945-ci ilə qədər) respublika |
||||
Vikianbarda əlaqəli mediafayllar |
Yuqoslaviya — 1918-ci ildən 2003-cü ilə qədər Balkan yarımadasında mövcud olan və Adriatik dənizinə çıxışı olan Avropa dövləti.
Böyük Yuqoslaviya - 1947-ci ilə qədər unitar dövlət (Yuqoslaviya krallığı), 1947-ci ildən federativ dövlət (YSFR) kimi tərkibinə 6 respublika daxil idi: Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya, Monteneqro və Bosniya və Herseqovina. Hazırda bu dövlətlərin hamısı müstəqildir. Kiçik Yuqoslaviya - (Yuqoslaviya İttifaq Respublikası) - indiki müstəqil Monteneqro və Serbiya dövlətləri daxil idi.
Cənubi slavyan etnoslarının dövlət-siyasi birliyi ideyası XVII əsrdə Sloveniya və Xorvatiya ərazisində yaranıb. Yuqoslaviya XX əsrin əvvəllərində Birinci Dünya müharibəsindən və Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra (Serblər, Xorvatlar və Slovenlar Krallığı kimi) formalaşmışdır. XX əsrin sonu — XXI əsrin əvvəllərində ölkə bir neçə dövlətə parçalandı.
Serb və xorvat dilçiləri arasındakı əməkdaşlıq nəticəsində rəsmi dil serb-xorvat dili olmuşdur. İkinci Dünya müharibəsindən sonra müttəfiq respublikaların dilləri bərabərhüquqlu dövlət dilləri elan edildi. Əsas əhali — cənub slavyanlardır: bosniyalılar, serblər, xorvatlar, sloveniyalılar, makedoniyalılar, çernoqoriyalılar, eləcə də qeyri — slavyan xalqları-albanlar və macarlardır. Kiçik icmalar türklərə, ruslara, slovaklara, romalılara, bolqarlara, italyanlara, çexlərə, qaraçılara təqdim edildi.