Komediya

Komediya və ya məzhəkə[1] — dramatik və ədəbi növ, həmçinin kinojanr, məcazi mənada – gülməli əhvalat, hoqqabazlıq, oyunbazlıq və s.

İctimai həyatda və məişətdəki eybəcərliklərin, mənfiliklərin, insan xarakterindəki gülünc cəhətlərin lağa qoyulması komediya konfliktinin əsasını təşkil edir. Komediyada gülüş, yumor və satira xarakteri daşıya bilər. Vodevil, fars (ədəbi janr), musiqili komediya, tragikomediya və s. janrları var. Komediya sənətinin mənşəyi Qədim Yunanıstanda Dionisin şərəfinə keçirilən xalq şənliklərindən və tamaşalarından başlanır. Klassik komediyanın ən yaxşı nümunələrini Aristofan, Menandr, Vilyam Şekspir, Lope de Veqa, Jan Batist Molyer, Pyer Bomarşe, K. Qoldoni, Bernard Şou, Aleksandr Qriboyedov, Nikolay Qoqol, Aleksandr Ostrovski, Anton Çexov və başqaları yaratmışlar. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundovun adı ilə bağlı olan komediyanı Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Sabit Rəhman, Mirzə İbrahimov və başqaları inkişaf etdirmişlər.

  1. https://www.azleks.az/online-dictionary/m%C9%99zh%C9%99k%C9%99?s=my Arxivləşdirilib 2023-05-26 at the Wayback Machine məzhəkə. Komediya. Ərəstu faciəni məzhəkədən ayırmaq istəmişdir. (Ə. Sultanlı).

Developed by StudentB