Last.fm — 2002-ci ildə Londonda qurulan internet radiosu və qardaş proyekt Audioscrobbler ilə avqust 2005-ci ildə birləşmiş bir musiqi şəbəkəsidir. 30 may 2007-ci ildə 280 milyon dollar qarşılığında CBS Interactive tərəfindan alınmış və beləcə Avropanın ən böyük Web 2.0 satışı olaraq tarixə keçmişdir. Last.fm daxili bir sistemə sahib, insanları musiqi ilə, sənətçiləri dinləyicilərlə birləşdirən bir musiqi inqilabıdır. Bu sistem, ən çox dinlədikləri mahnılar və mahnılardan yola çıxaraq hər istifadəçinin musiqi zövqünə uyğun detallı bir profil yaradır və bu mahnıları genişləndirən bir istifadəçi profilini öz səhifəsində paylaşar. Hər qatılan insanın öz istifadəçi səhifəsində, istifadə etdiyi musiqi dinləmə proqramına uyğun bir Audioscrobbler ilə sistemə göndərilən mahnı məlumatları olur. Bu musiqi sistemi, musiqisevərlər sayəsində aylıq 500 milyon mahnını saxlaya bilir. Bundan əlavə Last.fm, istifadəçilərinin musiqi zövqlərinə uyğun mahnı, sənətçi və hadisələr haqqında ən yaxşı şəkildə təkliflər verən bir sistemə sahibdir. Həmçinin EMI, Warner Music Group, Independent aggregators The Orchard və IODA ilə ortaq proyektləri vardır. Bununla yanaşı 100,000'dən yuxarı müstəqil musiqiçi və 20,000 etiket də saytı birbaşa musiqi ilə yaşatmaqdadır. Bunun nəticəsi olaraq Last.fm topluluğu da 3 milyondan çox musiqi parçasını tapabilmə imkanı verməkdədir.
Developed by StudentB