Osroena

200cü ildə Osroena dövlətinin ərazisi

Osroena (ingiliscə: Osroene; yunanca: Όσροηνῆ; suriyanca: ܡܠܟܘܬܐ ܕܒܝܬ ܥܣܪܐ ܥܝܢܐ Malkuṯā d-Bēt ʿŌsrā ʿĪnē) – eramızdan əvvəl 132-ci və 244-cü illər arasında mövcud olmuş[1]İkiçayarasının ərazisində yerləşmiş qədim Suriyanı dövlət. Tarixdə xristianlığı rəsmi din kimi qəbul edən ilk dövlət olmuşdur. Eyni zamanda paytaxtı olmuş Edessa (müasir Türkiyədə yerləşən Şanlıurfa) şəhərinin adı ilə də tanınır.

E.ə. 132-ci ildə, ərəb əsilli sülalənin başçılığı altında, Osroena öz istiqlaliyyətini Selevkilər İmperiyasından qazanmışdır. Osroenanın hökmdarları əsasən Əbqar və Manu adlarını daşımış və mərkəzi ərazilərdə yaşayan ərəb şeyxləri olmuşlar[2]. Osroena adı eramızdan əvvəl 120-ci ildə bu ərazini Suriyalı Selevkilərdən ələ keçirmiş ərəb şeyxi Osroesin adı ilə əlaqəlidir[3].

Qədim rəvayyətə əsasən, Edessalı V Əbqar İsa peyğəmbərin 72 tələbəsindən biri olan müqəddəs Faddey tərəfindən xristianlığa çevrilmişdir[4]. 201-ci ildə IX Əbqar hakimiyyəti zamanında Osroena artıq tarixdə ilk xristian dövləti kimi tanınmışdır[5][6].

  1. Roberts, A. Ante-Nicene Fathers: The Writings of the Fathers Down to A.D. 325. Hendrickson Publishers. 1994. 657–672. ISBN 1565630831. 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-16.
  2. Healey, J. F. The Old Syriac Inscriptions of Edessa and Osrhoene: Texts, Translations, and Commentary. BRILL Publishers. 1994. 35–36. ISBN 9004112847.
  3. Anthon, C. A System of Ancient and Medieval Geography for the Use of Schools and Colleges. Kessinger Publishing, LLC. 2008. 681. ISBN 9780548829868.
  4. Herbermann, C.G. The Catholic Encyclopedia. Encyclopedia Press. 1913. 282.
  5. Cheetham, S. A History of the Christian Church During the First Six Centuries. Macmillan and Co. 1905. 58.
  6. Lockyer, H. All the Apostles of the Bible. Zondervan. 1988. 260. ISBN 0310280117.

Developed by StudentB