Zikkurat

Ur şəhərinin Zikkuratı. İraq.
Çoğa Zənbil, İran

ZikkuratMesopotamiyada Şumer memarlığına xas olan 3, 5, 7 mərtəbəli pilləli məbəd. Zikkuratın yuxarı pilləsində kiçik ibadətgah yerləşirdi.

Zikkuratdan səma cisimlərini müşahidə etmək üçün rəsədxana kimi də istifadə edirdilər.

Mesopotamiyada özünəməxsus məbəd memarlığı üslubu var idi. Orada yaşayan müxtəlif xalqlar məbədlərini, bir birinin üstündə qurulan kəsik piramidalardan və ya terraslardan ibarət olan, uca qüllə formasında inşa edirdilər.

Əslində onlar, kvadrat və ya düzbucaq formalı, iri həcmli (hündürlüyü və divarlarının eni 90 metrə çatan), çox möhkəm süni təpəliklər idilər. Məbədin ən uca yeri tanrıların məkanı hesab edilirdi. Bu cür tikililərə "Zikkurat" (müqəddəs dağ) deyirlər və onların ən qədim nümunələri e.ə. IV minillikdə inşa edilmişdir. Sonuncu zikkuratlar e.ə. VI əsrdə Babilistan çarları tərəfindən inşa edilmişdir.

Əvvəl zikkuratlar bir terraslı, e.ə. III minillikdən başlayaraq isə çox terraslı şəkildə inşa edilirdi. Onlar müxtəlif rənglərlə boyanırdılar. Bir terrasdan başqasına pilləkanlar vasitəsi ilə qalxmaq olardı. zikkuratlar gildən və kərpicdən inşa edilirdi. Bəzilərinin üzərində çoxlu pəncərələr, qapılar var idi.

İlk zikkuratlar Mesopotamiyada şumerlər tərəfindən inşa edilmişdir. Onlar tanrılara ibadəti uca yerlərdə edirdilər, çünki Mesopotamiya köçməmişdən öncə, dağlıq ərazilərdə yaşamışlar, tanrılara təpəliklərin və dağların başında ibadət edirdilər, sonralar bu adət samilərə də keçmişdir.

İrandaİraqda bəzi qədim zikkuratların xarabalıqları qalmaqdadır.

Zikkuratlar haqqında Əhdi-Ətiqdə (Yaradılış, 11: 1-9) də yazılmışdır. Orada olan rəvayatə görə, dünya tufanından öncə, insanlan bir dildə danışırdılar. Onlar Babilistanda yığışıb, göylərə qədər ucalan bir qüllə inşa etmək istəmiş və bu işə başlamışdırlar. Lakin Ulu Tanrı, bu planın qarşısını almaq üçün insanların dillərini qarışdırmışdır. Onlar bir-birini başa düşmədilər və qüllə inşasını dayandırıb, yer üzərinə dağıldılar. Yaradılış kitabındaki qüllə Babilistan qülləsi adlanır.


Developed by StudentB