| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | kalium, K, 19 | |||||
Qrup, Dövr, Blok | 1, 4, s | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 39.0983 q/mol | |||||
Elektron formulu | [Ar] 4s1 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 63.38 °C (336.53 K, 146.08 °F) | |||||
Qaynama temperaturu | 759 °C (1032 K, 1398 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Kalium (K) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 19-cu element.
Kalium (K) – toxumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaxşılaşdırır. Toxumalarda kaliumun mübadiləsi son dərəcə sürətlə gedir. Bitki mənşəli məhsulların külündə kaliumun miqdarı bəzən 50%-dən çox olur. Ərzaq məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü – 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta – 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248.[1] xiyar- pomidorda—yoxdur-bəzən-2 götürülür.
Kalium çox aktiv elemen olduğuna görə metallurgiyada istifadə olunmur, lakin onun nitrat duzu (selitra) əsrlərlə barıtın hazırlanmasında istifadə olunub, kalium karbonat (potaş) sabun istehsalında, alüminium-kalium sulfat xəmir hazırlanmasında, kalium hidrosulfit çaxırlara fermentasiya prosesinin qarşısını almaq üçün əlavə edilir, kalium benzoat isə konservant kimi istifadə edilir. Kalium bütün gübrələrin tərkibinə daxildir, bu səbəbdən onun filizinin illik hasilatı 35mln ton təşkil edir. Kalium hasilinin əsas bənbəyi silvin (kalium xlorid) mineralıdır. Kalium yuyucu vasitələrin, şüşənin, farmasevtik preparatların istehsalında istifadə olunur. İldə bu elementdən iki yüz ton istehsal olunur və onun çox hissəsi nadperoksidə çevrilir. Nadperoksid sualtı gəmilərdə, kosmik gəmilərində oksigen regeneratoru kimi tətbiq olunur. Kalium canlı orqanizmlərdə gedən bioloji proseslərin mühüm hissəsini təşkil edir və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır.